18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
Cənubi Koreya ABŞ-dan kömək istəyir
Tarix: 02-06-2025 16:03 | Bölmə: Dünya
Cənubi Koreya ABŞ-dan kömək istəyir

Koreya Respublikasının Silahlı Qüvvələri patrul təyyarəsinin qəzaya uğramasından sonra hava patrullarının həyata keçirilməsini müzakirə edir.

Reyting.az
xəbər verir ki, Seul ABŞ-nın Hind-Sakit Okean Komandanlığının patrul təyyarələrindən dəstək almaq üçün ABŞ Silahlı Qüvvələri ilə danışıqlar aparır.

Cənubi Koreyada “P-3” təyyarəsinin qəzaya uğramasından sonra təhlükəsizlik baxımından bu modelin onlarla patrul təyyarəsinin uçuşları ləğv edilib. Ölkənin silahlı qüvvələri dəniz gəmiləri və helikopterlər kimi alternativ vasitələrdən istifadə etməklə müşahidəni artırır.

Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinə məxsus “P-3” patrul təyyarəsi mayın 29-da Şərqi Kyonsanqbukdo əyalətinin Pohanq şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə təlim uçuşu zamanı dağa çırpılıb, nəticədə 4 nəfər həlak olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 18:26 Baş nazir istefa verib