Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
Tarix: 03-07-2025 17:19 | Bölmə: Dünya
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar

Avropa Parlamenti Rusiyanın dondurulmuş aktivlərinin təcili özgəninkiləşdirilməsini tələb edən qətnamə layihəsi hazırlayıb. Bu layihə Avropa Parlamentinin saytında dərc olunub.

Reyting.az
xəbər verir ki, yeni qətnamə layihəsi ilə bağlı səsvermə gələn həftə Avropa Parlamentinin Strasburqda keçiriləcək sessiyasında olacaq.

Qeyd edək ki, qətnamə layihəsinin müəllifləri Avropa İttifaqı ölkələrini “Rusiyanın dondurulmuş maliyyə aktivlərinin (Macarıstan və Slovakiya tərəfindən) veto silahı kimi istifadə edilməkdən qorunması üçün təcili olaraq xüsusi struktura təhvil verilməsini və onların (Aİ Şurasında) bərpa ehtiyacları üçün Ukraynaya kredit şəklində təqdim edilməsinə” çağırırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər