10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Rusiya NATO-ya böyük təhlükə yarada bilər - Xəbərdarlıq
Tarix: 22-07-2025 10:29 | Bölmə: Dünya
Rusiya NATO-ya böyük təhlükə yarada bilər

Hollandiya Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tədarükünə mühüm töhfə verəcək.

Reyting.az
-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı təfərrüatlar yaxın vaxtlarda işlənəcək.

“Biz özümüz də daha çox hava hücumundan müdafiə vasitələri ilə təmin edəcəyik: “F16” üçün döyüş sursatı, əks-dronlar, radarlar və s.”,- o, əmin edib.

Həmçinin, Brekelmans Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun onlayn iclası zamanı deyib ki, Rusiyanın hava terroru son vaxtlar yeni səviyyəyə çatıb:

“Rusiyanın məqsədi sadədir: mətanətli ukraynalıları diz çökdürmək. Biz buna imkan verməməliyik. Ona görə də biz Ukraynanın əlavə hava hücumundan müdafiəsinə mühüm töhfə verməyə başlamaq istəyirik. Artıq çox şey edilib, lakin daha çox iş görülməlidir. Ukraynanı yorulmadan və kütləvi şəkildə dəstəkləməyə davam etməklə və Rusiyaya təzyiqləri artıraraq, Rusiyanı masa arxasına oturmağa məcbur edə bilərik”.

Onun sözlərinə görə, Ukrayna bütün Avropa üçün cəbhə xəttini Rusiyanın təcavüzündən qoruyur.

Brekelmans xəbərdarlıq edib ki, “Rusiya keçə bilsə, o, dərhal Avropanın qalan hissəsi və NATO üçün böyük təhlükə yaradacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər