Tramp: "Zelenski Ukrayna məsələsi ilə bağlı danışıqlarda çeviklik göstərməlidir"
Tarix: 19-08-2025 16:56 | Bölmə: Dünya
Tramp: "Zelenski Ukrayna məsələsi ilə bağlı danışıqlarda çeviklik göstərməlidir"

"Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna məsələsi ilə bağlı danışıqlarda çeviklik nümayiş etdirməlidir".

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” müsahibəsində bildirib.

Tramp həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putindən də lazımi yanaşma gözləyir.

"Ümid edirəm ki, prezident Putin düzgün addım atacaq. Belə olmayacağı təqdirdə vəziyyət ağır olacaq", - o əlavə edib.

O qeyd edib ki, Rusiya və Ukrayna prezidentləri Putin və Zelenskinin ilk mümkün görüşünün ikitərəfli formatda keçirilməsi üçün bu görüşdə iştirak etməyi planlaşdırmır(report)




Bölməyə aid digər xəbərlər