07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ukrayna hərbçiləri kütləvi şəkildə zəhərləniblər
Tarix: 03-05-2019 09:26 | Bölmə: Dünya
Ukrayna hərbçiləri kütləvi şəkildə zəhərləniblər

Ukraynanın Hərbi Prokurorluğu Lvovda yerləşən hərbi hissələrdən birində Milli Qvardiya əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi qaldırıb.

Bu barədə “1+1” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ilk zərərçəkənlər Pasxa bayramının qeyd edilməsindən dərhal sonra xəstəxanalara müraciət ediblər. Hazırda Milli Qvardiyanın 57 hərbi qulluqçusu xəstəxanaya yerləşdirilib.

Həkimlər zəhərlənmənin səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Ehtimal edilir ki, əməkdaşlar keyfiyyətsiz qida məhsullarından, o cümlədən qohumların qvardiya qulluqçularına Pasxanın bayram edilməsi ilə əlaqədar gətirdikləri yeməklərdən zəhərləniblər.(Report)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}