Jurnalistin oğlu yenidən diqqəti atasının qətli məsələsinə yönəldib – Bir “tvit”lə
Tarix: 17-06-2019 12:26 | Bölmə: Dünya
Jurnalistin oğlu yenidən diqqəti atasının qətli məsələsinə yönəldib

Mərhum jurnalist Camal Xaşuqcinin oğlu bir “tvit”lə aləmi bir-birinə qarışdırıb.

Reyting.az
“Fars”a istinadla xəbər verir ki, İngiltərədə yaşayan Salah Xaşuqci Atalar Günü münasibətilə öz akkauntunda azıb: “Xaşuqci... Atalar Günün mübarək!”

Bu aprel ayından etibarən onun ilk “tvit”idir.

Çoxsaylı şərhlərdə Salahın diqqəti yenidən atasının qətlinə yönəldiyi qeyd olunub. Çünki aprel “tvit”ində də o yazmışdı ki, “Atamın öldürülmsində əli olan bütün şəxslər məsuliyyətə cəlb edilməli və cəzalandırlmalıdır”.

Xatırladaq ki, “Nyu-York Tams”ın köşə yazarı Camal Xaşuqci 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Jurnalistin oğlu yenidən diqqəti atasının qətli məsələsinə yönəldib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}