Milyarder ailəsi ilə qəzada öldü
Tarix: 05-07-2019 09:18 | Bölmə: Dünya
Milyarder ailəsi ilə qəzada öldü

Milyarder və kömür maqnatı Kris Klayn da olmaqla 7 nəfər Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Amerika hökumətinin məlumatına görə, qəza iyulun 4-də səhər saatlarında qeydə alınıb.

Helikopter Baham adalarının şimal sahili yaxınlığında Atlantik okeanına düşüb. Qəza uçuşdan dərhal sonra baş verib.

Göyərtədəki 7 nəfərdən heç birini xilas etmək mümkün olmayıb. Dostları ölənlərdən birinin Klayn olduğunu tanıya biliblər. O, 62 yaşı bitən ərəfədə ölüb. Qalanların şəxsiyyəti hələ ki müyyənləşdirilməyib. KİV-lərdəki məlumata görə, ölənlərin əksəriyyəti milyarderin ailə üzvləridir.

“Forbes”in məlumatına əsasən, Klaynın varidatı ölən zaman 1,8 milyard dollara yaxın olub. O, 2000-ci illərin əvvəllərində varlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}