20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Braziliyalı səfir Emmanuel Makronu “təlxək” adlandırdı - Foto
Tarix: 03-09-2019 11:54 | Bölmə: Dünya
Braziliyalı səfir Emmanuel Makronu “təlxək” adlandırdı

Braziliyada turizm sənayesini inkişaf etdirmək üçün təyin edilən Renzo Qrasi Emmanuel Makronu "təlxək" adlandırıb.

Reyting.az
“Independent”-ə istinadla xəbər verir ki, o, Fransa prezidentini Amazon meşələrindəki yanğınlarla bağlı saxta məlumatlar verməkdə ittiham edib.

52 yaşlı güləşçi deyib ki, Makron onun ölkəsi haqqında cəfəngiyyat danışır. “Yeganə yanğın braziliyalıların və prezidentimizin qəlbindəki yanğındır. Makron isə saxta yanğın xəbərləri ilə turizmin inkişafına maneə törədir. Bu təlxəklər yalnız Braziliya haqqında pis sözlər demək üçün ağızlarını açırlar. O, kimsəni aldada bilməz. Toyuq boynundan tutub kənara atarıq”.

Xatırladaq ki, bundan əvvəl Braziliya prezidenti Jair Bolsonoro Makronun 66 yaşlı xanımını təhqir etmişdi.

Braziliyalı səfir Emmanuel Makronu “təlxək” adlandırdı




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər