14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İrakli Qaribaşvili: "Gürcüstan bütün növ silahları istehsal etməlidir"
Tarix: 05-09-2019 12:19 | Bölmə: Dünya
İrakli Qaribaşvili: "Gürcüstan bütün növ silahları istehsal etməlidir"

"Gürcüstan nüvə silahından başqa, bütün növ silahları istehsal etməlidir".

Bunu Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında bildirib.

O, Gürcüstanın torpaqlarının 20 faizinin işğal altında olmasını ölkə üçün əsas problem adlandırıb: "Gürcüstan ordusunun güclü olması həyatı əhəmiyyət kəsb edir. Mən əlbəttə ki, müdafiə qüvvələrinin kiməsə və ya nəyəsə qarşı gücləndirilməsini nəzərdə tutmuram".

İ.Qaribaşvili qeyd edib ki, hərbi sənayenin inkişaf etdirilməsi əsas prioritetlərdən biridir: "Hesab edirəm ki, Gürcüstan nüvə silahından başqa, bütün növ silah istehsal etməyə qadir olacaq".

Report




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}