20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Tunisin Berluskonisi” prezident seçkisinə həbsxanadan qatılıb
Tarix: 06-09-2019 23:01 | Bölmə: Dünya
“Tunisin Berluskonisi” prezident seçkisinə həbsxanadan qatılıb

Tunisli milyonçu Nabil Qarui prezident seçkilərinə həbsxanadan qatılmaq istəyir.

Reyting.az
"Financial Times" qəzetinə istinadla xəbər verir ki, ingilis nəşri Qarui barədə "Tunisli Berluskoni həbsxandan seçkilərdə iştirak edir" başlıqlı məqalə dərc edib.

İş adamı prezident seçki kampaniyasından bir neçə gün əvvəl həbs edilib.

"Financial Times"-ın məqaləsində qeyd olunur: Qaruinin tərəfdarları hazırki baş nazir Yusif Şahidi Tunis milyonçusunun həbsində günahlandırır. O, vergidən yayınma və çirkli pulların yuyulması ittihamları ilə həbs olunub və köməkçiləri indiki baş nazir ən güclü rəqibini seçkidən kənarlaşdırmağa çalışır.

Məsələ burasındadır ki, məhkəmə tərəfindən mühakimə olunana qədər həbsxanada olsa da, iş adamı namizəd kimi seçkidə iştirak etmək hüququna malikdir.

Nüfuzlu media şəbəkəsi olan Nabil Qaruini bir çoxları “Tunisin Berluskonisi” adlandırır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər