20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İranlı hakerlər ABŞ-ın seçki kampaniyasına müdaxilə edib
Tarix: 05-10-2019 13:06 | Bölmə: Dünya
İranlı hakerlər ABŞ-ın seçki kampaniyasına müdaxilə edib

“Microsoft” İranla əlaqəli haker qrupunun ABŞ jurnalistlərinə, hökumət rəsmilərinə və ABŞ prezidentliyindəki kampaniya ilə əlaqəli hesablara kiberhücumlar etdiyini açıqlayıb.

Reyting.az
“CNN”-ə istinadla xəbər verir ki, “Microsoft”-un kompüter təhlükəsizliyi və güvən üzrə vitse-prezidenti Tom Bört bildirib ki, qrupun fəaliyyəti nəticəsində yalnız 4 hesaba zərər dəyib.

O, hakerlərin prezidentliyə hansı namizədin kampaniya hesablarına müdaxilə etdiyini açıqlamayıb.

Börtün sözlərinə görə, “Phosphorous” ("Fosfor") adı verilən qrup ABŞ rəsmiləri, qlobal siyasəti işıqlandıran jurnalistlər, bu ölkədən kənarda yaşayan məşhur iranlılar və başqa şəxslərin elektron poçt hesablarını müəyyənləşdirməyə və ələ keçirməyə çalışıb.

Son 30 gündə “Microsoft Threat Intelligence Center” 2700-dən çox belə cəhdi qeydə alıb.

“Microsoft” “Fosfor”un İrandan qaynaqlandığını və İran hökuməti ilə əlaqəli olduğuna inanır. Börtun sözlərinə görə, “Microsoft” hesabları hədəf alınanlara xəbərdarlıq edib, onlara onlayn müdafiələrini artırmaq tövsiyəsini verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər