Pəhləvi xanədanı dövründə qəsb edilən torpaqlar geri qaytarılır - Fond rəhbəri
Tarix: 11-12-2019 11:03 | Bölmə: Dünya
Pəhləvi xanədanı dövründə qəsb edilən torpaqlar geri qaytarılır

“Pəhləvi xanədanı dövründə rejimin xeyrinə müsadirə edilən xalqın torpaqları və evləri geri qaytarılır”.

Reyting.az
“Təsnim”-ə istinadla xəbər verir ki, bunu İranın “Bonyad-e Mostəzəfin” Fondunun rəhbəri Pərviz Fəttah bildirib.

Onun sözlərinə görə, Pəhləvi sülaləsinin nümayəndələri – Rza şah və oğlu Məhəmməd Rza Şah Pəhləvinin dövründə Mazandaran əyalətində müsadirə edilmiş ərazilər son 40 ildə Fondun ixtiyarında olub. “Ərazilər çox böyük, buna görə də, torpaqların bölünməsi çox çətin idi. Fond bu əmlakın səlahiyyət sahibi olub. Maraqlısı odur ki, o dövrdə qəsb olunmuş torpaqlar üçün heç bir kirayə haqqı ödənilməyib”.

Pərviz Fəttah bildirib ki, əkinçiliklə məşğul olan insanların razılaşdırılmış rəsmi sənədi olmadığından bu insanların əksəriyyəti sənədlə təmin edilib. "Artıq 7000 sənəd sahiblərinə təhvil verilib. Yaxın bir neçə ildə bu məsələ tam həllini tapacaq və Pəhləvi rejimi tərəfindən qəsb edilmiş məzlum insanların əmlakı bütünlüklə geri qaytarılacaq".





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər