Türkiyə parlamenti Liviya ilə hərbi əməkdaşlıq memorandumunu təsdiq edib
Tarix: 21-12-2019 22:44 | Bölmə: Dünya
Türkiyə parlamenti Liviya ilə hərbi əməkdaşlıq memorandumunu təsdiq edib

Türkiyənin Böyük Millət Məclisi Liviyanın Milli Razılıq Hökuməti ilə hərbi sahədə əməkdaşlıq haqqında memorandumu təsdiq edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməkdaşlıqla bağlı keçirilən səsvermədə iştirak etmiş 395 deputatdan 268-i razılaşmanı dəstəkləyib.

Xatırladaq ki, iki ölkə arasında memorandum noyabrın 28-də imzalanıb. Memorandumunun birinci maddəsi hərbi əməkdaşlıq, ikinci maddəsi isə ölkələr arasında dəniz zonalarının ayrılmasından bəhs edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər