18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"ABŞ “Taliban”la sülh sazişini imzalamaq niyyətindədir" - Pompeo tarixi açıqladı
Tarix: 21-02-2020 16:26 | Bölmə: Dünya
"ABŞ “Taliban”la sülh sazişini imzalamaq niyyətindədir" - Pompeo tarixi açıqladı

ABŞ hökuməti “Taliban” hərəkatı ilə sülh sazişini fevralın 29-də imzalamaq niyyətindədir.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasında bildirilir.

Açıqlamaya görə, tərəflər arasında aprılan danışıqlarda Əfqanıstandakı münaqişəni sona çatdırmaq, ABŞ-ın regiondakı mövcudluğunu azaltmaq üçün siyasi məsələlərin çözülməsinə dair müzakirələr aparılır.

Xatırladaq ki, bundan əvvəl tərəflərin Əfqanıstanda zorakılıq səviyyəsini azaltmaq barədə razılaşması bu gecə qüvvəyə minəcək və 7 gün gözləniləcək.

Ötən il ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad “Taliban”ın Dohadakı siyasi nümayəndəliyi ilə 8 mərhələdən ibarət danışıqlar aparıb. Bu danışıqlar zamanı razılaşdırılan saziş layihəsində atəşkəsin bərqərar olmasını, ölkədən əcnəbi qüvvələrinin çıxarılmasını, ölkədəki bütün siyasi qruplar arasında sülh danışıqlarının aparılmasını nəzərdə tuturdu. Lakin sentyabr ayında bir sıra şəhərlərdə “Taliban”ın törətdiyi bildirilən hücumlardan sonra ABŞ prezidenti Donald Tramp danışıqları dayandırmaq və sazişin imzalanmasını təxirə salmaq göstərişi verdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər