07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ-da koronavirusdan ilk ölüm qeydə alınıb
Tarix: 29-02-2020 23:46 | Bölmə: Dünya
ABŞ-da koronavirusdan ilk ölüm qeydə alınıb

ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.

Bu barədə “Associated Press” ştatın rəsmisinə istinadən məlumat yayıb.

Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır. "ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər", - Pens deyib/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}