13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
09:08 / 21-03-2025
Ağsuda zəlzələ olub
Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək
Tarix: 24-03-2020 14:42 | Bölmə: Dünya
Gürcüstan azərbaycanlıları koronavirus testindən keçiriləcək

Gürcüstanda ilk olaraq azərbaycanlıların yaşadığı Marneuli rayonunun sakinləri koronavirusla bağlı test olunacaqlar.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu gün Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək: “İlk növbədə, Marneuli əhalisi bu testlər vasitəsilə yoxlanılacaq. Bu, bizə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək”.

Qeyd edək ki, ötən gündən Marneulidə ciddi karantin rejimi qüvvədədir/Report. 




Bölməyə aid digər xəbərlər