18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənistan Səhiyyə Nazirliyinin 14 işçisi koronavirusa yoluxub
Tarix: 29-03-2020 17:04 | Bölmə: Dünya
Ermənistan Səhiyyə Nazirliyinin 14 işçisi koronavirusa yoluxub

Ermənistan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin 14 əməkdaşı COVID-19 virusuna yoluxub.

Bu barədə nazirliyin sözçüsü Alina Nikoqosyan “Facebook” səhifəsində açıqlama verib.

Qeyd edək ki, son məlumata görə 424 yoluxma halının üzə çıxarıldığı, 3 nəfərin də öldüyü Ermənistanda koronavirusla bağlı martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Üstəlik, martın 25-dən 31-dək strateji əhəmiyyətli obyektlər istisna olmaqla, bütün müəssisələrin fəaliyyəti dayandırılıb, vətəndaşların gediş-gəlişinə məhdudiyyətlər qoyulub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər