Türkiyənin milli bayramı eyvanlarda qeyd edilib
Tarix: 23-04-2020 23:15 | Bölmə: Dünya
Türkiyənin milli bayramı eyvanlarda qeyd edilib

Türkiyə bu gün 23 Aprel - Milli Suverenlik və Uşaq bayramının 100 illiyini eyvanlarda qeyd edib.

Reyting.az
xəbər verir ki, öncə yerli vaxtla 21.00-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqını təbrik edib, sonra uşaqlarla birlikdə 100 il öncə Türkiyə Böyük Millət Məclisində (TBBM) səslənən “İstiqlal” marşını ifa edib.

Türkiyə Parlamentində toplanan millət vəkillərilə eyni anda 81 vilayətdə insanlar eyvanlara çıxaraq “İstiqlal” marşını səsləndiriblər.

TBBM-in səmasında və evlərin eyvanlardan havaya fişənglər atılıb, Türkiyə bayraqları dalğalanıb.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkənin 31 şəhərində komendant saatı elan olunub. Bu səbəbdən Türkiyədə 23 Aprel - Milli Suverenlik və Uşaq bayramı “eyvan formatında” təşkil edilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}