Baş nazir: “Gürcüstan müəyyən məhdudiyyətləri saxlamağa məcburdur”
Tarix: 22-05-2020 11:45 | Bölmə: Dünya
Baş nazir: “Gürcüstan müəyyən məhdudiyyətləri saxlamağa məcburdur”

“Gürcüstan ölkə əhalisinin sağlamlığı üçün müəyyən məhdudiyyətlərin tətbiqini davam etdirməyə məcburdur”.

Bunu ölkənin Baş naziri Giorgi Qaxaria deyib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxanların sayı çox deyil: “Lakin bu o demək deyil ki, virus üzərində qələbə qazanmışıq. İctimai nəqliyyatın hərəkəti, bəzi iqtisadi fəaliyyət, mədəni və idman tədbirlərinin keçirilməsinə qadağanı qüvvədə saxlamağa məcburuq”.

Hökumət başçısı qeyd edib ki, sərhəd nəzarəti sahəsində zamanında qabaqlayıcı tədbirlər həyata keçirilib: “Gürcüstan idxal olunan infeksiyanın ölkədə yayılmasının qarşısını almağa nail olub”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər