Müxalifət lideri: "Ermənistanda 1-2 aya hökumət dəyişikliyi olacaq"
Tarix: 16-06-2020 13:20 | Bölmə: Dünya
Müxalifət lideri: "Ermənistanda 1-2 aya hökumət dəyişikliyi olacaq"

“Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq”.

“Lragir” xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri Qagiq Sarukyan parlamentdəki çıxışında bildirib.

O, çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mənim addımım” Partiyasını ittiham edib. Q.Sarukyan vurğulayıb ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib: “Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini və koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”.

Sarukyan çıxışını bitirəndən sonra istintaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə gedib.

Xatırladaq ki, iyunun 16-da Ermənistan parlamenti Sarukyanın deputat toxunulmazlığı məsələsinin aradan qaldırılmasını müzakirə edir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}