Tokioda yoluxanların sayı artıb
Tarix: 10-07-2020 12:05 | Bölmə: Dünya
Tokioda yoluxanların sayı artıb

Son sutka ərzində Yaponiya paytaxtı Tokioda 240-dan çox yeni koronavirusa yoluxma faktı aşkar edilib.

TASS xəbər verir ki, bu barədə cümə günü şəhər administrasiyasından açıqlama verilib. Daha dəqiq statistikanın yaxın zamanda dərc olunacağı qeyd olunub.

Beləliklə, Yaponiya paytaxtı gündəlik yeni yoluxma hallarının sayı baxımından rekordunu yeniləyib. Əvvəlki rekord iyulun 9-da qeydə alınmışdı - 224 yoluxma. Tokiodakı yeni yoluxanların böyük əksəriyyəti aktiv gecə həyatı sürən 20-40 yaşlı insanlardır.

“Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipajı da daxil olmaqla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 21 min nəfəri keçib, 995 ölüm faktı qeydə alınıb. Təxminən, 18 min nəfər virusdan sağalıb, 36 pasiyent reanimasiya şöbələrində ağır vəziyyətdədir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}