12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Türkiyədə toylar ölkə üzrə qadağan edilib
Tarix: 03-09-2020 01:51 | Bölmə: Dünya
Türkiyədə toylar ölkə üzrə qadağan edilib

Türkiyənin 14 şəhərində icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan etmək üçün sənəd hazırlanıb. Reyting.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qadağa sənədini Səhiyyə Nazirliyinin tövsiyəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər Nazirliyi hazırlayıb.

Yeni qərara əsasən, 81 əyalətdə 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağandır. Yalnız nikah şəklində keçirilən məclislər 1 saat davam edə bilər. Bu zaman stol və stullar arasında məsafə nəzərə alınmalı, rəqs meydançaları bağlanmalıdır.

Məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağan edilir.

Nikah mərasimi ən azı bir dövlət məmurunun nəzarəti altında keçirilə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər