İranda 30 milyon aztəminatlıya pulsuz elektrik enerjisi veriləcək
Tarix: 03-09-2020 16:12 | Bölmə: Dünya
İranda 30 milyon aztəminatlıya pulsuz elektrik enerjisi veriləcək

İran Prezidenti Həsən Ruhani bu gün Şərqi Azərbaycan, Kirmanşah və Ərdəbil vilayətlərində keçirilən su və elektrik layihələrinin açılış mərasiminə videokonfrans vasitəsilə qatılıb.

Məlumata görə, prezident Ruhani çıxışında növbəti iki aydan etibarən 30 milyon aztəminatlıya pulsuz elektrik enerjisi veriləcəyini bildirib.

H. Ruhani qeyd edib ki, İran daha əvvəl ən ağır sanksiyalarla qarşılaşıb: "ABŞ-ın İran xalqını diz çökdürmək planlarının hamısı uğursuzluqla nəticələndi. Bu təzyiqlər olmadan xalqımızın həyatı daha asan olardı. Bu sanksiyalar ölkəmizi inkişaf etdirməkdə bizə mane ola bilmədi"/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}