Rəsmi Ankara NATO-nun Türkiyə ilə Yunanıstan arasında vasitəçiliyini alqışlayır
Tarix: 04-09-2020 01:09 | Bölmə: Dünya
Rəsmi Ankara NATO-nun Türkiyə ilə Yunanıstan arasında vasitəçiliyini alqışlayır

“NATO-nun Şərqi Aralıq dənizində gərginliyin azaldılması, dəniz və hava elementləri arasında arzuolunmayan qəzaların qarşısını almaq üçün göstərdiyi təşəbbüsü alqışlayırıq”.

Reyting.az
xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin NATO-nun Baş katibi Yens Stoltenberqin Türkiyə ilə Yunanıstan arasında görüşlərin təşkili ilə bağlı bəyanatına bildirdiyi mövqeyində belə yazılıb.

Türkiyə XİN Y. Stoltenberqin NATO nəzdində hərbi-texniki görüşlərin başladılması təşəbbüsünü Yunanıstan tərəfdən dəstəklənməsini gözlədiyini əlavə edib: “Digər tərəfdən, Yunanıstanla aramızdakı bütün məsələlərin daimi həlli üçün beynəlxalq hüquq normaları çərçivəsində heç bir şərt qoymadan dialoqa hazır olduğumuzu bir daha xatırlatmaq istəyirik”.

Qeyd edək ki, Y. Stoltenberq bu məsələ ilə bağlı yazılı açıqlamasında bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra NATO-da texniki müzakirələrə başlanmasına qərar verilib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}