Belarus iki ölkə ilə sərhədlərini bağlayıb
Tarix: 17-09-2020 23:49 | Bölmə: Dünya
Belarus iki ölkə ilə sərhədlərini bağlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın sərhədlərinin bağlanması haqqında bildirib.

TASS xəbər verir ki, sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət üzündən qəbul edilib.

Lukaşenkonun sözlərinə görə, "ordunun yarısını qərb sərhədində saxlamalı, küçələrdən çıxarmalı idi".

Daha əvvəl ölkə prezidenti qeyd edib ki, Belarus ordusunun yarısı qərb sərhədində yerləşdirilib. O, dəfələrlə Belarusu NATO qoşunlarının yerləşdiyi Polşa və Litva ərazisindən hərbi təcavüzün təhdid etməsi barədə xəbərdarlıqla çıxış edib/Report.




Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:41 Niger İrana uran verir?

{sape_links}{sape_article}