20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

08:12 / 19-10-2025

00:03 / 18-10-2025

“The Guardian”: Baş nazirə gündə 4 min adamın öləcəyini deyiblər
Tarix: 05-11-2020 11:01 | Bölmə: Dünya

Böyük Britaniyanın məşhur “The Guardian” qəzeti yazır ki, ölkənin baş nazirinə koronavirusla bağlı çox həyəcan doğuran məlumatlar təqdim edilib. Bir proqnozda gələn ay İngiltərədə hər gün koronavirusdan 4000 xəstənin öləcəyi bildirilib. “The Guardian” bildirir ki, hökumət məhz alimlərin verdiyi bu proqnozlardan sonra ölkədə yenidən karantin rejimi tətbiq etmək qərarına gəlib. Reyting.az Novator.az saytına istinadla “The Guardian” nəşrində dərc olunmuş, İngiltərədə ikinci karantin rejiminin elmi əsaslarından bəhs edən məqaləni təqdim edir:
Ölkənin bir neçə yerində koronavirus infeksiyasına yoluxanların və xəstəxanalara yerləşdirilənlərin sayının artdığı barədə həkimlərin xəbərdarlığından sonra İngiltərə ikinci xüsusi karantin rejiminə hazırlaşır. Əslində bu qərarın arxasında nə dayanır?
Karantin rejiminə nə səbəb oldu?
Baş nazirin və iki aparıcı məsləhətçinin, hökumətin baş elmi işçisi Patrik Valansın, İngiltərənin baş həkimi, professor Kris Vittinin hazırladığı hesabatlar ikinci karantin rejiminin başlanmasına səbəb oldu. Onlar ilk olaraq Milli Statistika Mərkəzinin bəyan etdiyi kimi gündə 50 minə yaxın insanın koronavirusa yoluxacağını bildirdilər. Həm də qeyd etdilər ki, Londonda yerləşən İmperial Kollecin hazırladığı infeksiya anketi günlük 100 minə yaxın yoluxma göstərir. Onlar avqustun axırından xəstəxanaya yerləşdirilənlərin və ölənlərin artdığını vurğuladılar. Hökumətin “Sage” adlı elmi məsləhətçilərinin orta müddətli proqnozlarına görə, xəstəxanalarda indiki qəbullar noyabrın sonuna kimi birinci dalğanın göstəricilərini ötüb keçəcək. Bir həftə sonra gündə 800 xəstə öləcək. Beləcə xəstəxana yataqları dekabra qədər tam dolacaq.
Bu məlumatlar nə dərəcədə düzgündür?
İnfeksiya və ölümlərlə bağlı açıqlanan statistika tam dəqiq deyil. Bir mənbənin məlumatları isə daha çox narahatlıq yaradır. Fərqli akademik qrupdan ibarət olan həmin mənbə indidən başlamaqla gələn yaya qədər İngiltərədə koronavirus ölümlərini proqnozlaşdırmaq üçün yeni model təqdim edir. İmperial Kollec və London Gigiyena Tropik Məktəbi kimi elmi qurumlar ilin axırına qədər ölüm sayının gündə 2000-ə qalxacağını proqnozlaşdırmışdılar. Ən təəccüblü proqnoz isə Kembricdən və İngiltərənin İctimai Səhiyyəsindən gəlib. Onların qənaətinə görə, dekabrda sutkada 4000 ölüm olacaq. Bu mülahizə əvvəlki proqnozlaşdırma modelləri ilə oxşar olsa da, daha ciddi qəbul edildi.
Kembric modeli digərlərindən bir çox vacib məqamına görə fərqlənir. Bu modelin müəllifləri bildirirlər ki, ölüm halı 28 gün sonra deyil, 60 gün sonra baş verir. Amma bu, yanlış yanaşmadır. Bununla belə Kembric modeli başqa bir cəhətinə görə digərlərindən üstündür. Üç həftə əvvəl həyata keçirilmiş elmi modelləşdirmə zamanı virusun nə qədər yoluxucu olduğu müəyyənləşdirilib. Bundan ötrü koronavirusdan ölənlərin neçə həftə əvvəl infeksiyaya yoluxduğu araşdırılıb. Belə bir nəticəyə gəlinib ki, infeksiyanın hazırkı dərəcəsi və indiki ölüm sayı əslində fevral ayındakı vəziyyətin nəticəsidir. Bu model epidemiyanın 6 həftə və ya ondan əvvəlki durumuna baxmaqla sonrakı vəziyyəti təxmin etməyə imkan verir. Ona görə Kembric modeli üzrə proqnozlaşdırmada günlük ölüm sayı həddindən artıq çox göstərilib.
“Fed”in paylaşdığı ən son məlumatlar “Sage” modeli ilə daha uyğun gəlirdi; virusla mübarizə metodları dəyişməz qaldığı halda ikisi də dekabrın ortalarına qədər günlük 1000 ölüm təxmin edirdi. Amma bütün modellər xəstələrin və ölənlərin birinci dalğadan daha çox olacağını göstərir.
Yaxın dörd həftədə nələr olacaq?
Hökumətin elmi məsləhətçiləri sentyabrda nəzarətdən çıxan epidemiyanı dayandırmaq üçün dərhal tədbirlər görməyə çağırıblar. Tətbiq olunan “üçpilləli sistem” epidemiyanın yayılma səviyyəsini azaltmaq üşün kifayət etməyib. Nəticədə nəzarətə götürülməsi daha çox vaxt tələb edən böyük bir epidemiya ortaya çıxır. Önümüzdəki dörd həftə ərzində insanların bir-biri ilə təmasını azaltmaq üçün nəzərdə tutulmuş yeni qaydalara riayət etmək zəruri olacaq. Alimlər epidemiyanın azalması əlamətlərini öyrənmək üçün həftəlik yayılma səviyyəsinə və xəstəxanaya giriş sayına nəzarət edəcəklər.
Alimlər epidemiyanın səngidiyini necə biləcəklər?
“Sage” modelləşdirmə qrupunun tədqiqatçıları koronavirusun milli və regional yayılma dərəcəsini hesablamaq üçün bir neçə məlumat axınından istifadə edirlər. Xəstəxanalarda aparılmış testlər və ictimai testlər, həmçinin İmperial Kollecin apardığı anketlər infeksiyanın səngiyib-səngimədiyini aşkara çıxarmaq üçün birincilər arasında olmalı idi.
Amma yoluxmuş insanların təmasda olduğu adamlarla bağlı aparılmış telefon sorğusuna dair məlumatlar, habelə “Facebook” və “Google” şəbəkələrinin topladığı mobil məlumatlar da gəlməkdədir. Ölümün azalması yaxşılaşmanın olduğunu bildirən sonuncu göstərici olacaq. Çünki bu həftə koronavirusa yoluxmuş insanın sonrakı dörd həftədə ölməsi mümkündür.
Yoluxma səviyyəsinin enməsi epidemiyanın azalması deməkdir, amma yalnız bunu nəzərə almaq düzgün deyil. Alimlər yayılma və ya yoluxma sayına da nəzarət edəcəklər. Karantin müddətində yoluxanların və xəstəxana şəraitində müalicəyə ehtiyacı olanların sayı azalarsa, təcridolunma şərtləri yüngülləşdirilə bilər.
Qapanmanı yüngülləşdirmə qərarında “Sage” rol oynayacaqmı?
“Sage” qrupu koronavirus məlumatlarını daim nəzərdən keçirir və hər həftə koronovirusun yayılma həddi və epidemiyanın böyümə sürəti barədə konsensusa gəlir. Həmin məlumatlar daha geniş müzakirə üçün “Sage” qrupunun rəhbərliyinə ötürülür. İstənilən siyasətdə olduğu kimi, karantini yüngünləşdirmək qərarını “Sage” yox, nazirlər verir, amma komitə sonrakı addımlara dair təkliflər təqdim edəcək. Ekspertlər ilk növbədə Milli Səhiyyə Xidmətinin yükünü azaltmaq və qış mövsümü ilə bağlı ölüm hallarının artmasının qarşısını almaq istəyirlər. Amma testlər və Milli Səhiyyə Xidmətinin araşdırmaları, habelə insanların planları, məsələn, Milad bayramı ərəfəsində tələbələrin ölkə daxilində hərəkətliliyinin artması kimi faktorlar mütəxəssislərin tövsiyələrinə təsir edəcək.(Ayan Sempl,“Theguardian.com”)
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:23
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
Bu gün, 11:26
Uqandadakı qəzada 63 nəfər həyatını itirib
Bu gün, 10:35
Rusların Ukraynaya hücumu davam edir
Bu gün, 09:32
Venesuela ABŞ-la münaqişədə Kolumbiyaya dəstək verəcək
Bu gün, 08:18
Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb
Bu gün, 08:14
Sikorskinin Putini hədələməsi ağılsızlıqdır
Bu gün, 08:09
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
Dünən, 08:38
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
Dünən, 07:38
İsrail rəsmisi qalmaqallı açıqlama verib
20-10-2025, 18:18
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
20-10-2025, 12:53
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
20-10-2025, 12:11
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
20-10-2025, 11:01
Ruslar Sumı rayonunda dəmir yoluna ziyan vurub
20-10-2025, 10:57
Mərmi qəlpəsi vitse-prezidentin kortejini zədələyib
20-10-2025, 08:59
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
20-10-2025, 08:05
Atəşkəsdən sonra Qəzzada 51 nəfər öldürülüb
17-10-2025, 19:17
Macarıstan Putini həbs etməyəcək
17-10-2025, 19:11
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
17-10-2025, 08:42
İsrail Livana 10-dan çox hava zərbəsi endirib
17-10-2025, 08:18
Farac Rusiya təyyarələrini vuracağına söz verib
16-10-2025, 13:13
Tramp: Hindistan Rusiyadan neft almayacaq
16-10-2025, 12:54
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
16-10-2025, 12:12
Ukraynaya yenidən hücum olub, dağıntılar var
16-10-2025, 10:55
İsveç donanması Rusiya sualtı qayığını Baltikdə təqib edir
16-10-2025, 09:04
Maduro MKİ-nin çevriliş planlarını pisləyib
16-10-2025, 08:47
Tramp bu gün bəyanat verəcək
15-10-2025, 23:30
Ermənistanın Araqatsotn yeparxiyasının 13 ruhanisi saxlanılıb
15-10-2025, 17:31
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
15-10-2025, 16:36
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
15-10-2025, 14:25
Ukrayna neft terminalını yenidən vurub
15-10-2025, 10:46
Yeni silah Rusiya və Çini təşvişə sala bilər
15-10-2025, 08:58
Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb
15-10-2025, 08:27
Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib
14-10-2025, 19:17
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
14-10-2025, 17:02
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
14-10-2025, 16:22
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
14-10-2025, 16:09
Enerji problemi Avropanı narahat edir
14-10-2025, 15:57
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
14-10-2025, 11:36
Ruslar Kirovoqrada hücum edib
14-10-2025, 09:11
Sarkozi cəzasını "Sante"-də çəkəcək
14-10-2025, 08:03
Çin ABŞ-la sona qədər mübarizə aparacaq
13-10-2025, 17:14
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
13-10-2025, 17:03
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
13-10-2025, 16:53
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
13-10-2025, 14:58
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
13-10-2025, 12:53
Milyonlarla insan qaranlıqda qalıb