Ermənistan Milli Elmlər Akademiyası Paşinyanı istefaya səsləyir
Tarix: 25-11-2020 16:13 | Bölmə: Dünya
Ermənistan Milli Elmlər Akademiyası Paşinyanı istefaya səsləyir

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən noyabrın 10-da Qarabağla bağlı qəbul edilən bəyanat erməni xalqı üçün alçaldıcıdır”.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi bəyanatında bildirilir.

Rəyasət Heyəti Qarabağda böyük ərazi itkilərinin baş verdiyini elan etməklə bərabər hesab edib ki, rus sülhməramlıları bölgədə sabitliyin və qarşıdurmanın qarantıdır.

Akademiya həmçinin, səlahiyyətli şəxslərin elmə olan diqqətini qeyri-kafi saymaqla yanaşı vurğulayıb ki, bunun nəticəsində ölkənin müdafiə sistemində müasir elmi və texnoloji nailiyyətlərdən istifadə qeyri-mümkün olub.

“Cəmiyyət arasında ixtilaf, nifrət və düşmənçilik səpməyə çalışmağın yolverilməz olduğunu düşünür və qeyd edirik ki, bu mərhələdə birlik mühiti yaratmaq tələb olunur. Mövcud şərtdə biz Ermənistan hökumətinin gələcək fəaliyyətlərini nəticəsiz hesab edir və Baş nazirin rəhbərlik etdiyi hökumətin istefasını tələb edirik”, - Ermənistan Milli Elmlər Akademiyasının bəyanatında qeyd edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər