İsrail alimləri: "Bronxial astma xəstələrində koronavirusa yoluxma riski azdır"
Tarix: 02-12-2020 19:12 | Bölmə: Dünya
İsrail alimləri: "Bronxial astma xəstələrində koronavirusa yoluxma riski azdır"

Bronxial astma xəstələrində koronavirusa yoluxma riski azdır.

Bu barədə İsrail alimlərinin “ScienceDirect” portalında yayımlanan araşdırmasında deyilir.

Əsərin həmmüəlliflərindən olan həkim Yucin Merzonun sözlərinə görə, mütəxəssislərin gəldiyi nəticələri izah edən müxtəlif fərziyyələr var. Belə ki, respirator alergiya SARS-CoV-2-nin hüceyrəyə giriş nöqtəsi olaraq istifadə etdiyi angiotenzin çevirici fermentin (ACE2) əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır.

Alimlər astma xəstələrində sosial faktorun da rolu olduğunu qeyd edirlər.

“Onlar, böyük ehtimalla, Səhiyyə Nazirliyinin təlimatlarına uyurlar, yəni maska taxmaq, sosial məsafə saxlamaq və gigiyena qaydalarına əməl edirlər”, - Y.Merzon bildirib.

Həkimlər araşdırmanın əhalinin ayrı-ayrı qrupları üçün fərdi tövsiyələrin verilməsində faydalı ola biləcəyini hesab edirlər/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər