16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Paris dağılır: şəhərdə yanğınlar törədilir, talanlar başlayıb - Video
Tarix: 05-12-2020 22:20 | Bölmə: Dünya
Paris dağılır: şəhərdə yanğınlar törədilir, talanlar başlayıb

Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər üç avtomobili yandırıblar.

“RİA Novosti” xəbər verir ki, yanğın Qambetta prospektində olub, partlayış səsləri eşidilib, avtomobillərdən sıx qara tüstü çıxıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, hadisədən bir qədər əvvəl buradan “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz edənlər keçib.

Yerli mətbuat bildirir ki, Parisdə talanlar başlayıb. Bəzi şəxslər mağazaların şüşələrini, vitrinlərini sındırıblar.

Ölkənin Daxili işlər naziri deyib ki, polis Parisdə şənbə günü keçirilən etiraz aksiyasında 22 nəfəri saxlayıb.

O, aksiyanın yatırılmasında iştirak edən polislərə təşəkkür edib. Nazirin sözlərinə görə, orada asayiş keşikçiləri bəzən "çox amansız insanlarla" rastlaşırlar.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}