16:39 / 28-11-2024
Sabah qar yağacaq
Putin Avropa İttifaqı Şurasının sədri ilə Navalnı məsələsini müzakirə edib
Tarix: 22-01-2021 16:13 | Bölmə: Dünya
Putin Avropa İttifaqı Şurasının sədri ilə Navalnı məsələsini müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa İttifaqı Şurası arasındakı münasibətlərin vəziyyəti ətraflı müzakirə olunub.

Bundan başqa, telefon danışığı zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb.

Şarl Mişelin xahişi ilə Aleksey Navalnı ətrafındakı vəziyyətə də toxunulub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər