İran XİN təkzib edir: “Konsulluğa müdaxilə olmayıb”
Tarix: 15-08-2021 14:04 | Bölmə: Dünya
İran XİN təkzib edir: “Konsulluğa müdaxilə olmayıb”

“Heç bir “Taliban”çı Məzar-i Şərifdəki İran konsulluğuna girməyib”.

Reyting.az
“Tasnim News”a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirliyin açılamasına əsasən qrupun yalnız bir üzvü kənardan konsulluğun yerli işçisi ilə söhbət edib.

Qeyd edək ki, kiber məkanda “Taliban” qüvvələrinin Məzar-i Şərifdəki İran konsulluğuna girməsi və konsulluğunun əməkdaşı ilə söhbət etməsi ilə bağlı bir video yayımlanıb.

Həmin şəxs “Heç bir problem yoxdur”, – deyə yerli işçiləri xatircəm edib.

Hazırda Məzar-i Şərifdəki İran Baş Konsulluğunda diplomatlar yoxdur və onlar bir neçə həftədir Kabilə köçüblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər