Pakistanın daxili işlər naziri: "Əfqanıstanda artıq sülh var"
Tarix: 18-08-2021 14:03 | Bölmə: Dünya
Pakistanın daxili işlər naziri: "Əfqanıstanda artıq sülh var"

Pakistanın Əfqanıstandakı səfiri Mansur Əhməd Xan Kabilə geri qayıdıb.

Bu barədə Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd məlumat verib.

Onun sözlərinə görə, Əfqanıstanda artıq sülh var və Pakistan səfiri “Torxam” sərhəd-keçid məntəqəsindən keçməklə Əfqanıstana qayıdıb.

Nazir sərhədlərdə vəziyyətin normal olduğunu və 800 yük maşınının Əfqanıstana keçdiyini bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər