Xarici işlər nazirləri fövqəladə iclas keçirəcək
Tarix: 18-08-2021 18:46 | Bölmə: Dünya
Xarici işlər nazirləri fövqəladə iclas keçirəcək

NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.

Reyting.az
-ın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

"Yaxın koordinasiyamızı davam etdirmək və Əfqanıstanla bağlı ortaq yanaşmamızı müzakirə etmək üçün avqustun 20-də NATO xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırmışam", - deyə NATO baş katibi qeyd edib.

Toplantı video-konfrans formatında baş tutacaq.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər