Çavuşoğlu İraqa səfər edib
Tarix: 28-08-2021 13:46 | Bölmə: Dünya
Çavuşoğlu İraqa səfər edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqa səfər edib.

Nazir bu barədə tviter səhifəsində məlumat verib.

Hazırda İraqın paytaxtı Bağdad şəhərində olan Türkiyə XİN başçısının Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında iştirak etmək üçün İraqa səfər etdiyi bildirilib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan və digər ölkələrin rəsmi nümayəndələri də konfransa qatılacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}