Böyük Britaniya hərbçiləri Kabili tərk edib
Tarix: 29-08-2021 09:45 | Bölmə: Dünya
Böyük Britaniya hərbçiləri Kabili tərk edib

Böyük Britaniya hərbçilərini təxliyə edən son təyyarə Kabil hava limanını tərk edib.

Böyük Britaniya mətbuatı xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir:

“Ən həssas mülki əhalinin təxliyəsi üçün böyük təzyiq altında və ağır şəraitdə cəsarətlə çalışan hər kəsə təşəkkür edirik".

Baş nazir Boris Conson da Kabildə evakuasiya işlərində iştirak edən hərbçilərə öz qəhrəmanlıqlarına görə təşəkkür edib.

Qeyd edək ki, bununla da Britaniyanın Əfqanıstanda 20 il əvvəl başlayan missiyası başa çatıb.

Kabildə son iki həftə ərzində, təxminən min Britaniya hərbçisi 15 min insanın təxliyə edilməsinə kömək edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}