Gürcüstanda son sutkada COVID-19-dan 76 nəfər ölüb
Tarix: 29-08-2021 11:22 | Bölmə: Dünya
Gürcüstanda son sutkada COVID-19-dan 76 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 543 118, ölənlərin sayı isə 7 251 nəfərə çatıb. Virusa yoluxanlardan 482 732 nəfərin sağaldığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}