Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa olunub
Tarix: 29-08-2021 15:44 | Bölmə: Dünya
Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa olunub

Türkiyənin Kabildəki səfirliyinin işçiləri müvəqqəti çalışdıqları Kabil hava limanını tərk edərək öz iş yerlərini qayıdıblar.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bir gün əvvəl səfirlik işçiləri öz binamıza qayıdıb və fəaliyyətlərini buradan davam etdirirlər. Hazırkı planımız diplomatik mövcudluğu bu şəkildə davam etdirməkdir. Təhlükəsizliklə əlaqədar olaraq alternativ planlarımızı hər ehtimala qarşı hazır saxlayırıq. İşçilərimizin təhlükəsizliyi bizim prioritetimizdir", - Ərdoğan bildirib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər