Peskov: "İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir"
Tarix: 30-08-2021 15:27 | Bölmə: Dünya
Peskov: "İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir"

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşmasının Rusiyadakı statusundan danışıb.

"RİA Novosti" xəbər verir ki, Peskov status dəyişikliyi barədə danışmaq üçün tez olduğunu vurğulayıb.

"İndi "Taliban" qruplaşmasının Rusiyadakı statusuna baxılması tezdir. Bunun üçün Əfqanıstanda yeni hakimiyyətin ilk addımlarına baxmaq lazımdır", - o söyləyib.

Qeyd edək ki, "Taliban" Rusiyada terror təşkilatları siyahısına daxildir.




Bölməyə aid digər xəbərlər