Həmid Karzay Pəncşirdəki qüvvələrlə “Taliban”ı dialoqa çağırıb
Tarix: 03-09-2021 16:40 | Bölmə: Dünya
Həmid Karzay Pəncşirdəki qüvvələrlə “Taliban”ı dialoqa çağırıb

Əfqanıstanın sabiq dövlət başçısı Həmid Karzay Pəncşirdəki müqavimət qüvvələri və “Taliban” qruplaşmasını dialoqa çağırıb.

Bu barədə “Khaama Press” məlumat yayıb.

“Toqquşmaların başlamasından narahatlıq duyuram. Hər iki tərəfi problemləri dialoq yolu ilə həll etməyə çağırıram”, - o qeyd edib.

Xatırladaq ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin başçılığı altında ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasına tabe olmaqdan imtina edən müqavimət qüvvələri toplaşıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}