Türkiyə və Ukrayna arasında müdafiə sahəsində yeni anlaşma imzalanıb
Tarix: 03-09-2021 17:14 | Bölmə: Dünya
Türkiyə və Ukrayna arasında müdafiə sahəsində yeni anlaşma imzalanıb

Türkiyə və Ukrayna hərbi sahədə əməkdaşlıq barədə yeni anlaşma imzalayıblar.

“Anadolu” xəbər verir ki, anlaşma üçün “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində razılıq əldə olunub.

Bildirilib ki, Türkiyənin “ASELSAN” şirkəti və Ukraynanın “Ukroboronprom” və “Ukrspetseksport” şirkətləri arasında hava hücumundan müdafiə sistemlərinin modernizasiyası ilə bağlı anlaşma imzalanıb.

“Ukroboronprom”un baş direktoru Vadim Nozdria anlaşmanın ölkələr arasında hərbi texnologiyalar sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni bir addım olduğunu ifadə edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}