Əmirulla Saleh: “Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”
Tarix: 03-09-2021 17:23 | Bölmə: Dünya
Əmirulla Saleh: “Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”

“Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”.

Bunu Pəncşirdəki müqavimət qüvvələrinin liderlərindən biri, Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh feysbuk səhifəsində yazıb.

“Pəncşir Əfqanıstan deməkdir. Pəncşirin yanında olun və səsinə səs olun. Bizimlə olun. Müqavimət təslim olmayıb və olmayacaqdır. Yalnız öz legitim siyasi tələblərimizi müzakirə etməyə hazırıq. İnternetə çıxışım var. Nə qədər ki sağam, “Taliban” səsimi boğa bilməyəcək”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}