Gürcüstanda 17 günlük körpə koronavirusdan ölüb
Tarix: 04-09-2021 14:59 | Bölmə: Dünya
Gürcüstanda 17 günlük körpə koronavirusdan ölüb

Tbilisidə Tstsişvili adına uşaq xəstəxanasında koronavirusa yoluxan daha bir körpə vəfat edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 17 günlük körpə ağır vəziyyətdə Batumidən Tbilisiyə çatdırılıb.

Körpə xroniki xəstəliklərdən də əziyyət çəkirmiş. Səkkiz gün ərzində klinikada müalicə olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 infeksiyasından dünyasını dəyişən sayca üçüncü körpədir. İlk iki ölüm halı bu ilin iyul ayında qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər