Nazirlər dünyanın ən böyük problemlərindən birini müzakirə edəcəklər
Tarix: 05-09-2021 09:46 | Bölmə: Dünya
Nazirlər dünyanın ən böyük problemlərindən birini müzakirə edəcəklər

G7 ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

TASS xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib.

T. Motegi deyib ki, Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün G7 gələn həftə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparacaq. O, əlavə edib ki, müzakirələrdə Rusiya, Çin və digər ölkələrdən də nümayəndələr iştirak etməlidir.

Moteginin sözlərinə əsasən, məsləhətləşmələr sentyabrın 8-də baş tuta bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər