"Taliban"çılarla Pəncşirdəki üsyançılar arasında şiddətli döyüşlər gedir
Tarix: 05-09-2021 13:19 | Bölmə: Dünya
"Taliban"çılarla Pəncşirdəki üsyançılar arasında şiddətli döyüşlər gedir

Əfqanıstanın Pəncşir əyalətinin şimal-şərq hissəsində "Taliban" min nəfərlik qrupu müqavimət qüvvələri tərəfindən mühasirəyə alınıb.

Bu barədə əfqanıstanlı jurnalist, Milli Müqavimət Cəbhəsinin mətbuat katibi Fahim Daşti sosial şəbəkələrdə məlumat verib.

"Sentyabrın 4-də gecə saatlarında və bu gün səhər qrupun əksəriyyəti məhv edildi, sağ qalanlar isə yerli əhali tərəfindən geri oturdulub", - Daşti bildirib.

Daşti əlavə edib ki, əyalətin digər bölgələri, o cümlədən şərq hissəsindəki Paryan yüksəkliklərinə də nəzarət müavimət qüvvələrinin əlindədir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}