"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir
Tarix: 05-09-2021 15:42 | Bölmə: Dünya
"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

"Taliban" Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.

Bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}