İtaliya səfirliyini Kabildən Dohaya köçürməyi planlaşdırır
Tarix: 05-09-2021 17:33 | Bölmə: Dünya
İtaliya səfirliyini Kabildən Dohaya köçürməyi planlaşdırır

İtaliya yaxın günlərdə Əfqanıstandakı səfirliyini Qətərə köçürməyi planlaşdırır.

"Adnkronos" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luigi Di Maio bildirib.

"Biz yaxın günlərdə Kabildə olan səfirliyimizi Dohaya köçürmək niyyətindəyik", - nazir vurğulayıb.

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri hazırda Qətərdədir və burada Əmirlik rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər