Prezident qiyamçıların nəzarətindədir
Tarix: 06-09-2021 09:00 | Bölmə: Dünya
Prezident qiyamçıların nəzarətindədir

Qvineyada hərbi qiyamçıların lideri polkovnik Mamadi Dumbuya ölkə prezidenti Alfa Kondenin təhlükəsiz bir yerdə nəzarət altında olduğunu bildirib.

Polkovnik Dumbuya “Fransa 24” telekanalına deyib ki, prezident həkim tərəfindən müayinə olunub və narahatlığa əsas yoxdur.

Dumbuya əlavə edib ki, ordu hakimiyyətlə "oynamaq" və ya "zarafat etmək" niyyətində deyil, ölkəyə kömək etmək üçün keçmiş hökumətin səhvlərini düzəltmək istəyir.

Qeyd edək ki, qiyamçılar hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlandığını elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər