“Taliban” Əhməd Məsudun atasının məqbərəsini ələ keçirib
Tarix: 06-09-2021 13:48 | Bölmə: Dünya
“Taliban” Əhməd Məsudun atasının məqbərəsini ələ keçirib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşirdəki müqavimət qüvvələrinin liderlərindən biri olan Əhməd Məsudun atası Əhməd Şah Məsudun məqbərəsini ələ keçirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bildirilib ki, “Pəncşir aslanı” ləqəbi daşıyan Əhməd Şah Məsudun məqbərəsi Pəncşir vilayətinin mərkəzi Bazaraka yaxın məsafədə yerləşir və “Taliban”ın nəzarətinə keçib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}