Stoltenberq: “Əlaqələri zəiflədən təşəbbüslər təkcə NATO-nu yox, Avropanı da parçalayar”
Tarix: 06-09-2021 16:43 | Bölmə: Dünya
Stoltenberq: “Əlaqələri zəiflədən təşəbbüslər təkcə NATO-nu yox, Avropanı da parçalayar”

“Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Telegraph” qəzetinə müsahibəsi zamanı bildirib.

“Paralel strukturlar qurmaq, qoşa komandanlıq ierarxiyası yaratmaq, birgə hərəkət qabiliyyətimizi və birlikdə fəaliyyət gücümüzü zəiflədə bilər. Resurslarımızın məhdudluğu şəraitində bir-birinə zidd cəhdlərə gərək yoxdur. Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlərdən məmnunluq duyuram, amma bu NATO-nu əvəz edə bilməz. Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”, - o qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Əfqanıstandakı uğursuzluqları nümunə göstərərək Aİ-nin ayrıca hərbi güc formalaşdırmalı olduğunu bəyan etmişdi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}