Rusiyada sərt məhdudiyyətin tətbiqinə başlayıblar
Tarix: 21-10-2021 09:24 | Bölmə: Dünya
Rusiyada sərt məhdudiyyətin tətbiqinə başlayıblar

Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri olacaq. Reyting.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı təklifi dəstəkləyib.

Rusiya KİV-lərinin məlumatına görə, Putin deyib ki, lazım gələrsə, sərt məhdudiyyətlər noyabrın 7-dən sonra da uzadıla bilər.

V. Putin əlavə edib ki, koronavirusa yoluxma faizi yüksək olan regionlar 23 oktyabrdan etibarən qeyri-iş günləri rejiminə keçə bilərlər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Baş nazirin müavini Tatyana Qolikova koronavirusla əlaqədar vəziyyətin pisləşməsi fonunda qeyri-iş günü rejiminin tətbiq edilməsi təklifi ilə Rusiya prezidentinə müraciət etmişdi.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}